Ankarada Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Ankara, 24 yanvar, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyində Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı, general-polkovnik Hikmət Mirzəyevin qarşılanma mərasimi olub.
Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, H.Mirzəyev Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu ilə danışıqlar aparıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara