Ankarada Türkiyə və Özbəkistan liderlərinin danışıqları olacaq
Ankara, 6 iyun, AZƏRTAC
Bu gün, iyunun 6-da Ankarada Türkiyə və Özbəkistanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Şavkat Mirziyoyev arasında danışıqlar olacaq.
AZƏRTAC xəbər verir ki, Özbəkistan lideri dünən axşam saatlarında Türkiyə paytaxtına səfərə gəlib.
İki ölkənin liderləri təkbətək formatda danışıqlar aparacaq, bundan sonra Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcək. Dövlət başçılarının iştirakı ilə imzalanmaq üçün bir sıra hökumətlərarası sənədlər hazırlanıb.
Əvvəlki görüşlərdə tərəflər ikitərəfli ticarət dövriyyəsinin həcmini artırmağa və bu rəqəmi ildə 3 milyard dollardan 5 milyard dollara çatdırmağa hazır olduqlarını bəyan etmişdilər.
2023-cü ilin sonuna olan məlumatlara görə, Türkiyə Özbəkistanın dördüncü ən böyük ticarət tərəfdaşı olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]