Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi “yol xəritəsi”

Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi “yol xəritəsi”

Bakı, 30 avqust, AZƏRTAC

“Newtimes.az” portalında “Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi “yol xəritəsi” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Asiyaya yeni dönüş etməyə başladığı haqqında bəyanatı siyasi dairələrdə qızğın müzakirələrə yol açıb. Yanaşmalar fərqli olsa da, bütövlükdə, mütəxəssislər Ankaranın məqsədinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışırlar. Əlbəttə, Türkiyə böyük dövlətdir və onun xarici siyasəti geniş geosiyasi məkanı əhatə edə bilər. Bununla yanaşı, müasir qlobal geosiyasi vəziyyəti nəzərə almaq lazımdır. Bu aspektdə isə müxtəlif risklər, qeyri-müəyyənliklər və güclü rəqabət özünü göstərir. Bütün bu faktorları əsas götürsək, Türkiyənin Asiya siyasətində nə kimi nəticələr əldə edə biləcəyi maraq doğurur.

Türk dövlətinin seçimi: Asiya istiqamətində daha fəal mövqe

Ankaranın “yenidən Asiyaya dönüş” strategiyası ekspert dairələrində birmənalı qarşılanmayıb. Bir qisim bu strategiyanın arxasında dayanan konkret məqsədlərin aydın olmadığı qənaətindədir. Başqa ekspertlər hesab edirlər ki, Türkiyənin bu xətti aparmağa gücü kifayət etməyəcək. Digərləri isə Ankaranın düşünülmüş siyasət yeritdiyinə əmindirlər.

Mövqelərin fərqli olması təbiidir. Türkiyə haqqında artıq yüz illərdir ki, yanlış informasiyalar yayır və onu daha çox tənqid edirlər. Hazırda Ankara yüksəlişdədir. O, "qızmar günəş altında" özünə yer tapmağa çalışır. Buna münasibət isə fərqli ola bilər.

Əslində, Türkiyənin bu xətti tamamilə məntiqi və əsaslıdır. Sadəcə, bu böyük dövlətin də öz strateji maraqlarının olduğunu və onları reallaşdırmaq üçün fəaliyyət göstərdiyini qəbul etmək lazımdır. Türkiyə artıq əvvəlki geosiyasi statusundan daha yüksək olan bir səviyyəyə iddialıdır. Onun üçün indi “kiminləsə bir yerdə olmaq” və ya “kimlərinsə yanında olmaq” kimi prinsiplər keçərli deyil. Türkiyə yeni dünya nizamında öz sözü olan və böyük bir geosiyasi məkanda sayılan dövlət olmaq yolunu tutub.

Geosiyasi aspektdə məsələnin məhz bu tərəfi önəmlidir. Çünki Ankaranın qarşısına qoyduğu məqsədləri obyektiv analiz etmək üçün həmin başlanğıc şərti anlamaq lazımdır. Beləliklə, Türkiyə Asiyaya yenidən söz sahibi ölkə kimi dönmək fikrindədir. Bu iddia nə dərəcədə realdır?

“Asiyaya dönmək” məsələsi yalnız Türkiyənin gündəmində durmur. Bir neçə il öncə Rusiya analoji niyyətlə çıxış etmişdi. Ekspertlər Rusiya-Çin əməkdaşlığını Moskvanın Şərqə dönüşü kimi qiymətləndirirdilər. Buraya, bütövlükdə, Asiya daxil idi. Moskva ilə Pekin arasında imzalanan sazişlər prosesin başladığını göstərirdi. Ancaq bir qədər sonra məlum oldu ki, bu, elə də asan məsələ deyil. Problem Rusiyanın Şərqdə Çin kimi ölkə ilə geosiyasi, hərbi və iqtisadi rəqabətə girməsi ilə bağlı idi. Ekspertlər hesab edirlər ki, Çin Rusiyanın Asiyada lider olmasına imkan verməyəcək. Bununla Kremlin “Şərqə dönüş” xətti bir qədər səngimiş kimi oldu.

Ancaq Moskva həmin istiqamətdə fəallığını azaltmayıb. Əksinə, daha aktiv şəkildə proseslərə təsir etməyə çalışır. Çin, Hindistan, Yaponiya, Şimali Koreya və digər güclü region dövlətləri ilə əməkdaşlığını dərinləşdirməyə çalışır. Sual olunur: Rusiyanın Asiyaya dönüşü baş tutdumu? Əlbəttə, bu suala birmənalı cavab vermək hələ tezdir, çünki mübarizə davam edir. Rusiya həmin istiqamətdə addımlarını atır. Eyni vəziyyət Türkiyə ilə bağlı da yarana bilər. Bununla yanaşı, Ankaranın şansını artıra biləcək bir sıra tarixi, sosiomədəni və siyasi faktorlar mövcuddur.

Məsələ ondan ibarətdir ki, Asiyada çox sayda türk dövlətləri və topluluqları var. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiyanın tərkibində olan muxtar respublikalar, Çinin tərkibində olan uyğur bölgəsi və s. Hindistanda türklər az deyil, Myanmarda müsəlmanlar yaşayır. Koreya yarımadasında türk şüuru mövcuddur. Ancaq bütün bunlar o demək deyildir ki, Türkiyə həmin dairələri birləşdirib kimlərəsə qarşı vahid siyasi cəbhə yarada bilər. Bu, qeyri-konstruktiv və perspektivsiz bir strategiya olardı. Ancaq Türkiyə konkret məsələlər üzrə Asiya dövlətləri ilə kifayət qədər səmərəli münasibətlər qura bilər.

Riskli və mürəkkəb şərtlər: güclənən rəqabətdə uğur qazanmaq modeli

Bu münasibətlərin də məzmunu aydın olmalıdır. Onlar üçün əsas prinsip qarşılıqlı faydalı əməkdaşlıq hesab olunur. Bu çərçivədə, məsələn, Ankara "Bir kəmər, bir yol" layihəsində iştirakını daha da gücləndirə bilər. Məlumdur ki, həmin layihə ölkələr və xalqlar arasında sıx əməkdaşlığı və müxtəlif sahədə infrastruktur şəbəkəsini yaratmağı nəzərdə tutur. Bu alınarsa, onlarla dövlət bir-biri ilə şəbəkə halında əlaqədə olacaq. Təbii ki, bu zaman təhlükəsizlik faktoru da aktuallaşaraq ümumi xarakter almış olar.

Buradan belə qənaət alınır ki, kifayət qədər potensial imkana malik dövlətlər vurğulanan layihə çərçivəsində öz geosiyasi mövqeyini möhkəmlədə və Asiya dövlətləri ilə daha sıx əməkdaşlıq qura bilərlər. Burada təbii ki, tarixən formalaşmış digər imkanları da nəzərə almaq lazım gəlir. Məsələnin başqa bir aspekti qlobal geosiyasətdə müşahidə edilən proseslərin məntiqinə bağlıdır.

Aydındır ki, Asiyaya dönüş edən təkcə Türkiyə deyil. ABŞ və Avropa İttifaqı daha iddialıdırlar. Onlar, ümumiyyətlə, qlobal geosiyasi proseslərin mərkəzinin Qərbdən Asiyaya keçməkdə olduğu haqqında çoxdan danışırlar. Bunun fonunda hər iki böyük gücün Asiya istiqamətində siyasəti daha da fəallaşır. ABŞ "G5+1" formatı çərçivəsində yeni addımlar atır, Aİ isə bütövlükdə, yeni Mərkəzi Asiya stratejisini hazırlayıb. Bunlardan başqa, hər iki böyük güc ikitərəfli qaydada Çin, Hindistan, Yaponiya, Koreya istiqamətlərində siyasətlərini yeni səviyyəyə yüksəldirlər.

Bu cür gedişat avtomatik olaraq Asiyada geosiyasi rəqabəti də gücləndirir. Deməli, hazırda həmin bölgədə ABŞ, Aİ, Rusiya, Çin, Hindistan, Yaponiya kimi güclü oyunçular vardır. Bunların sırasına Türkiyəni də əlavə etmək lazım gəlir. Göründüyü kimi, Asiyada uğur əldə etmək xeyli dərəcədə çətin bir işə çevrilir. Lakin bu, Türkiyənin Asiyaya dönüş strategiyasından imtina etməsi üçün səbəb olmalıdırmı? Bizcə, olmamalıdır. Çünki müasir dünyanın reallığı belədirsə, ondan kənarda durmağa çalışmaq bəri başdan uduzmaq deməkdir. Dünya siyasətinin və qlobal iqtisadi infrastrukturun əyalətinə atılmaq deməkdir. Ankara bu cür passivlik göstərə bilərmi?

Əlbəttə, Türkiyə qarşısına qoyduğu məqsədlər baxımından Asiyaya dönüşü mütləq reallaşdırmalıdır. Bunun üçün Ankara xarici siyasətindəki şaxələndirməni daha da dərinləşdirməlidir. Burada Türkiyə üçün ABŞ, Avropa, Rusiya, İran, Yaxın Şərq istiqamətləri ilə yanaşı, ayrıca Asiya xətti də inkişaf etdirilməlidir. Həmin kontekstdə Cənubi Qafqaz faktoru, şübhəsiz ki, prinsipial mövqelərdən birini tutur. Doğrudan da, Asiyaya yeni dönüşdə Cənubi Qafqaz hansı statusdadır?

Etiraf edək ki, burada vəziyyət daha mürəkkəbdir. Belə ki, Cənubi Qafqaz İran və Rusiya ilə həmsərhəddir ki, bu dövlətlərin də həmin subregionda xüsusi maraqları var. Digər tərəfdən, Yaxın Şərqdəki vəziyyətə görə Ankara Rusiya və İranla çox ehtiyatlı davranır. Bu, daha çox Suriyada özünü göstərir. Bunlarla yanaşı, Ermənistanın Cənubi Qafqazda Rusiyanın forpostu olduğu məlumdur. Bu kvazidövlət Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqedədir. Deməli, Cənubi Qafqaz istiqamətində Türkiyə üçün vəziyyət mürəkkəbdir və burada uğur əldə etmək heç də asan olmayacaq.

Lakin Ankara Cənubi Qafqazda nüfuzunu daha da artırmağa məcburdur. Buradakı münaqişələr həll edilməyincə, Asiyaya dönüşün baş tutması şübhə altında olacaq. Görünür, yaxın perspektivdə Cənubi Qafqazda Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni səviyyədə dərinləşməlidir. Bu model, ümumən, subregionun təhlükəsizliyinin təminində ciddi rol oynaya bilər.

Belə çıxır ki, Türkiyənin bu yeni strategiyası qlobal geosiyasətin bir sıra məqamları ilə kəsişir. Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Şərqi Asiya, Cənub-Şərqi Asiya, Sakit okean hövzəsi xəttində çoxsaylı riskli faktorlar mövcuddur. Eyni zamanda, həmin məkan uğrunda bir neçə güclü dövlət rəqabət aparır. Bu iki özəllik Ankara üçün Asiyaya dönüşü problemli edir.

Təbii ki, çətin və uzun zaman tələb edə biləcək bir proses olacaqdır. Lakin Türkiyənin başqa seçimi yoxdur. Dünyanın digər böyük gücləri ilə rəqabət aparmaq üçün ən riskli addımları belə atmaq lazım gəlir. Böyük dövlətlərin oyununda sərt şərtlər qoyulur. Türkiyənin Asiya istiqamətində tədricən fəallığını yeni səviyyəyə yüksəldəcəyini gözləmək olar. Xüsusilə onun Çinlə əlaqələrinin dərinləşməsi gözləniləndir.

Bunlara baxmayaraq, Türkiyənin Asiyaya yenidən dönüşü Yaxın Şərqdəki proseslərdən xeyli dərəcədə asılıdır. Yəni Ankara Yaxın Şərqdəki problemlərini həll edə bilməsə, Asiyaya dönüş kağız üzərində qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib