ANNA LİNDİN QATİLİ ÖMÜRLÜK HƏBS CƏZASI ALMIŞDIR
Xatırladaq ki, A.Lind 2003-cü il sentyabrın 10-da Stokholm univermaqlarından birində qətlə yetirilmişdi. Cinayətkar ona bir neçə ölümcül bıçaq yarası vurmuşdu.
Serb mənşəli İsveç vətəndaşı M.Mixayloviçin 25 yaşı var. O bildirmişdir ki, qulağına müxtəlif səslər, o cümlədən İsa Məsihin səsi gəlirmiş. Bu səs onu məşhur siyasətçiyə bıçaqla hücum etməyə çağırırmış.
Stokholmda faciəli surətdə həlak olmuş xarici işlər nazirinə abidə ucaldılacaqdır. Fəvvarələr kompleksindən ibarət abidə 2004-cü ilin sonunadək, A.Lindin ölümünün ildönümü ərəfəsində şəhərin mərkəzindəki Medborqarplatsen meydanında qoyulacaqdır. A.Lind faciə ərəfəsində bu meydanda çıxış etmişdi.