Annalena Berbok BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi ilk çıxışını edib

Berlin, 16 may, AZƏRTAC
Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədri vəzifəsinə namizədliyini irəli sürərək ilk çıxışını edib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, A.Berbok çıxışında bu vəzifəyə seçiləcəyi təqdirdə BMT-yə üzv olan bütün ölkələrə səmimi vasitəçi və birləşdirici şəxs kimi xidmət etməyə hazır olduğunu bəyan edib. Berbokun gündəliyində davamlı inkişaf məqsədlərinin irəlilədilməsi, gender bərabərliyinin təşviqi və iqlim dəyişikliyi ilə mübarizə prioritet istiqamətlər kimi təqdim olunub.
Qeyd edək ki, BMT Baş Assambleyasının sədri daha çox rəmzi xarakter daşısa da, müəyyən siyasi və diplomatik təsir imkanları təqdim edir. Assambleyanın sədri iclaslara rəhbərlik edir və gündəliyin müəyyən edilməsində mühüm rol oynayır.
İyunun 2-də keçirilməsi nəzərdə tutulan seçkilər əslində formal xarakter daşıyır, çünki A.Berbokun namizədliyinə qarşı alternativ yoxdur.
Xatırladaq ki, A.Berbok 2021-ci ildən 2025-ci il mayın 6-dək Almaniyanın xarici işlər naziri vəzifəsində çalışıb. Diplomatik fəaliyyətini BMT çərçivəsində davam etdirmək istəyən sabiq nazir seçiləcəyi təqdirdə yeni vəzifəsinin icrasına sentyabrın 9-da başlayacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2025 [20:18]
Türkiyənin hakim partiyası regionda gərginliyi azaltmaq üçün dialoqa çağırıb
- 22.06.2025 [16:46]
Papa Leo: Müharibəni dayandırın
- 22.06.2025 [16:32]
Çin ABŞ-ın İranın nüvə obyektinə hücumunu kəskin şəkildə qınayıb
- 22.06.2025 [14:45]
Abbas Əraqçi: BMT üzvü olaraq İranın öz haqqını qorumaq hüququ var
- 22.06.2025 [13:08]
İsveçdə onilliklər ərzində civə və minlərlə mərmi yığılmış göl təmizlənəcək
Papa Leo: Müharibəni dayandırın
- [16:46]
UFC: Məhəmməd Nayimov Bakıda rəqibini məğlub edib
- 21.06.2025 [23:40]
Cənubi Koreyadan olan daha bir idmançı UFC-də qələbə əldə edib
- 21.06.2025 [23:10]
UFC: Cənubi Koreyadan olan idmançı qələbəyə sevinib
- 21.06.2025 [22:49]
Rusiyalı idmançı Bakıdakı UFC turnirində qələbə qazanıb
- 21.06.2025 [22:19]
Bakıdakı UFC turnirində üçüncü döyüş baş tutub
- 21.06.2025 [21:55]
Bakıdakı UFC turnirində ikinci döyüş keçirilib
- 21.06.2025 [21:19]
Bir neçə müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 21.06.2025 [21:12]
Bakıda UFC döyüş gecəsinə start verilib
- 21.06.2025 [20:58]
Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb
- 21.06.2025 [20:51]
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
- 21.06.2025 [20:22]
Azərbaycan millisi ikinci oyunda da Moldova yığmasına qalib gəlib
- 21.06.2025 [19:58]
Naxçıvandan olan məktəbli beynəlxalq olimpiadada “Brilyant mükafat” qazanıb
- 21.06.2025 [19:40]
Mahir Emrelinin yeni klubu müəyyənləşib
- 21.06.2025 [19:23]
Böyük Britaniyada yaşayan azərbaycanlı nüfuzlu cəmiyyətin üzvü olub
- 21.06.2025 [19:20]
Azərbaycanın xarici işlər naziri İstanbulda malayziyalı həmkarı ilə görüşüb
- 21.06.2025 [18:39]
Startap və innovasiya festivalı “Baku ID 2025” yekunlaşıb
- 21.06.2025 [18:37]
Dövlət Neft Fondu SFBF-nin dayanıqlılıq seminarında təmsil olunub
- 21.06.2025 [18:33]
Bakıda keçirilən yerli şirkətlərin sərgisi başa çatıb
- 21.06.2025 [18:31]
Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır
- 21.06.2025 [18:28]
Prorektor gələcək təhsil liderləri ilə görüşüb
- 21.06.2025 [18:21]