ANOMAL HAVA ŞƏRAİTİ MART AYI ÜÇÜN SƏCİYYƏVİDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru professor Rza Mahmudov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, baharın ilk ayında baş verən qlobal meteoroloji proseslərlə bağlı anomal hava şəraiti həmişə müşahidə olunur. Alimin sözlərinə görə, ölkəmizin aran bölgələrində hətta 27-28 dərəcəyə çatan indiki istilər gözlənilməz deyildir. Belə ki, 1952-ci il martın 31-də Bakıda 31 dərəcə isti qeydə alınmışdı. 1957-ci ilin martında isə kəskin soyuqlar, məsələn, Naxçıvanda - 21-24 dərəcə, Qubada - 14-21 dərəcə şaxta, bütövlükdə respublikada 3,9 dərəcə orta aylıq temperatur müşahidə olunmuşdur. 1988-ci ilin martı isə normadan 4 dəfə çox (83 mm) yağmurlu keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]