Antuan Kombuare: Qrupda ikinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik
Bakı, 26 oktyabr, AZƏRTAC
Qrupda ikinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, heyətdə bütün zədəli futbolçular sıraya qayıdıblar. “Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]