Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun şikayətini qismən təmin edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun müraciətinə baxıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paytaxtı təmsilçisinin futbolçusu Pyer Zebli ilə bağlı şikayəti qismən təmin edilib.
Azərbaycan Premyer Liqasının VI turunun “Sumqayıt”la oyununda (1:0) ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılan yarımmüdafiəçi ilə bağlı qərar dəyişdirilib. İki oyunluq diskvalifikasiyanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib.
Şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin olunub. Həmin müddətdə İntizam Məcəlləsi ilə nəzərdə tutulmuş hər hansı pozuntuya görə nəzərdə tutulmuş oyun cəzası sanksiyasının üzərinə əlavə ediləcək.
Kluba tətbiq olunmuş 1 500 manat məbləğində cərimə ilə bağlı qərar isə qüvvədə saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]