“Apple” öz məhsullarında süni intellekt texnologiyası tətbiq edir
Bakı, 11 iyun, AZƏRTAC
“Apple” ÜmumdünyaTərtibatçılar Konfransında bir neçə yeni süni intellekt (AI) funksiyasının tətbiq edildiyini və ChatGPT-ni yaradan “OpenAI” şirkəti ilə tərəfdaşlığını elan edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şirkət iPhone, iPad və Mac üçün “Apple Intelligence” fərdi intellekt sistemini təqdim edib.
Yenilənmələrə ChatGPT vasitəsilə yüzlərlə əlavə tapşırıq yerinə yetirə bilən “Siri” virtual köməkçisinin təkmilləşdirilməsi daxildir. “Apple” istifadəçiləri ayrıca dil seçimləri əsasında öz emojilərini və poçt qutusundakı məktubların xülasəsini yarada biləcəklər.
“Apple” şirkəti, “Microsoft” və “Google” kimi rəqiblərindən fərqlənəcəyini, böyük miqdarda məlumatların toplanmasını həyata keçirən süni intellekt texnologiyasının əsasında məxfilik prinsipinin dayanacağını bildirib.
Yenilənmələr bu ilin sonunda buraxılacaq “Apple iOS 18” əməliyyat sistemində pulsuz olaraq təqdim ediləcək, yeni funksiyaların tam dəsti isə yalnız ən son “iPhone”, “iPad” və “Macbook” modellərində işləyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]