Aprelin 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Temperatur gecə 7-9° , gündüz 15-18° isti olacaqdır.
Bakıda gecə 7-9° , gündüz 15-17° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 3-8° , gündüz 15-20° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 0-4° isti, gündüz 11-16° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9° , gündüz 13-18° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 3-8°, gündüz 12-17° isti, dağlarda gecə 0-3° isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-11°, gündüz 15-20° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 8-10°, gündüz 14-19° isti, dağlarda gecə 1-4°, gündüz 10-14° isti təşkil edəcəkdir.