Aprelin 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam tutqun olacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 7-9°, gündüz 14-16° isti olacaqdır.
Bakıda gecə 7-9° , gündüz 14-16° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 14-19° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 0-3°, gündüz 8-13° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 4-7° , gündüz 11-16° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-7° , gündüz 10-15° isti, dağlarda gecə 0-3° isti, gündüz 5-10° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lakin aprelin 12-də axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 5-9° , gündüz 14-19° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-9°, gündüz 13-16° isti, dağlarda gecə 0-4° isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 13-də atmosfer təzyiqinin kəskin yüksəlməsi meteohəssas, xüsusən də ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda narahatlıq hissi yarada bilər.