Aprelin 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı vardır.
Temperatur gecə 6-8°, gündüz 11-14° isti olacaqdır.
Bakıda gecə 6-8° , gündüz 12-14° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 1-6°, gündüz 11-16° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
fasilələrlə yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacaqdır.
Temperatur gecə 2-5°, gündüz 8-13° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaqdır.
Temperatur gecə 0-5° , gündüz 7-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 5-9° , gündüz 11-16° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 5-8°, gündüz 11-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 7-11° isti təşkil edəcəkdir.