Aprelin 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaqdır. Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-16° isti təşkil edəcəkdir.
Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaqdır.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, səhər tədricən kəsiləcəyi, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 16-21° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz
keçəcəyi gözlənilir. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 13-18° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Qərb küləyi gündüz arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qərb küləyi gündüz arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi arabir güclənəcək, gündüz cənub-qərb küləyi ayrı-ayrı
yerlərdə arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-3° isti, gündüz 8-13° isti olacaqdır.