Aprelin 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı vardır.
Temperatur gecə 6-8°, gündüz 14-19° isti olacaqdır.
Bakıda gecə 6-8° , gündüz 16-18° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 0-5° isti, gündüz 16-21° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-4° , gündüz 14-19° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı vardır.
Temperaturu gecə 0-4° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-10° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° , gündüz 16-21° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 10-14° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 15-də arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.