Aprelin 19-da bəzi yerlərdə 23-25 dərəcə isti olacaq
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi dağlıq ərazilərdə havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 19-24° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi yüksək dağlıq ərazilərdə havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 18-23° isti olacağı ehtimalı var.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 13-18°, bəzi yerlərdə 21°-dək isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimal edilir.
Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11°, gündüz 14-19°, bəzi yerlərdə 22°-dək isti, dağlarda gecə 6-8° isti, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.