APRELİN 22-Sİ AXŞAMDAN BAŞLAYARAQ ÖLKƏ ƏRAZİSİNDƏ HAVA ŞƏRAİTİNİN QEYRİ-SABİT KEÇƏCƏYİ GÖZLƏNİLİR
Bakı, 21 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 22-də ölkə ərazisində havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda havanın temperaturu gündüz 22-24, gecə 10-12, Naxçıvanda gündüz 22-24, gecə 7-9, aran bölgəsində gündüz 22-24, gecə 10-12, dağlıq zonada gündüz 13-15, gecə 5-7 dərəcə təşkil edəcəkdir.
Aprelin 22-si axşamdan başlayaraq 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi rayonlarda leysan xarakterli olacağı ehtimalı vardır. Qərb küləyi güclənəcək, temperatur 5-8 dərəcə aşağı enəcəkdir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Qeyd edək ki, hava şəraitində gözlənilən dəyişiklik sırf sinoptik proseslə əlaqəlidir. Bunun İslandiyada vulkan püskürməsi ilə əlaqəsi yoxdur. Bu proses Qara dəniz bölgələrindən siklonun və onunla bağlı olan soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində gözlənilir.
Qərbi Avropa üzərində atmosferin müxtəlif qatları üzrə hava axınları yaxın günlərdə vulkan külünün Azərbaycanın hava məkanına daxil olmasına imkan verməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]