Aprelin 24-də tədris proqramına uyğun teledərslər təqdim edilib
Bakı, 24 aprel, AZƏRTAC
“Dərs vaxtı” verilişində aprelin 24-də Azərbaycan və rus bölmələri üçün proqrama uyğun olaraq dərslər keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişində Azərbaycan bölməsi üzrə I, II, III, IV, X və XI siniflər, rus bölməsi üzrə isə IV, VIII, IX və X siniflər üçün dərslər təqdim edilib.