Aprelin 4-də İstanbulda Türkiyə-Rusiya–İran sammiti keçiriləcək
İstanbul, 7 mart, AZƏRTAC
Aprelin 4-də İstanbulda Suriya məsələsi üzrə üçtərəfli Türkiyə-Rusiya-İran sammiti keçiriləcək.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə təşkil olunacaq zirvə görüşündən bir gün əvvəl - aprelin 3-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası olacaq. Prezident Vladimir Putin əvvəlcə şura iclasına, sonra isə liderlərin zirvə görüşünə qatılacaq. Sammitin əsas müzakirə mövzusunun Suriya məsələsi olacağı gözlənilir. Görüşdə digər regional məsələlərin də müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, 2017-ci il noyabrın 22-də Türkiyə, Rusiya və İran liderləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Soçidə keçirilən zirvə görüşündə Suriyada terrorla birgə mübarizədə nəzərəçarpacaq uğur qazandıqlarını və bu ölkədəki böhranın nizamlanması üçün yeni mərhələnin başladığını bəyan etmişdilər. Bu prosesdə növbəti addım yanvarın 30-da Suriya Milli Dialoqunun Soçi şəhərində keçirilən konqresi olub. Konqresdə konstitusiya şurasının yaradılması, həmçinin konstitusiya komissiyasının formalaşdırılması barədə qərar qəbul edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]