Aprelin 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Cənub-qərb küləyi gündüz arabir yarımadanın bəzi yerlərində güclənəcəkdir.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 14-19° isti təşkil edəcəkdir.
Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacaqdır.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 750 mm civə sütununa enəcəkdir.
Nisbi rütubət 60-70 faiz təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 8-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyinin aprelin 9-da gündüz təzyiqin qısamüddətdə xeyli yüksəlməsi ilə güclü xəzri küləyinə keçməsi gözlənilir. Atmosfer təzyiqinin və küləyin belə təzadlı dəyişkənliyi meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Cənub-qərb küləyi gündüz arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Cənub-qərb küləyi gündüz arabir ayrı-ayrı yerlərdə güclənəcəkdir. Havanın temperaturu gecə 0-4° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz olacaqdır. Cənub-qərb küləyi gündüz arabir ayrı-ayrı yerlərdə güclənəcəkdir.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin 8-də gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Cənub-qərb küləyi gündüz arabir ayrı-ayrı yerlərdə güclənəcəkdir.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-3° isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Cənub-qərb küləyi gündüz arabir ayrı-ayrı yerlərdə güclənəcəkdir.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır. Cənub-qərb küləyi gündüz arabir güclənəcəkdir. Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-16° isti olacaqdır.