Aqrar Sığorta Fondu ilə TARSİM arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Aqrar Sığorta Fondu ilə Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi - TARSİM arasında əlaqələr daha da genişlənəcək.
Fonddan AZƏRTAC-a bildirilib ki, iki qardaş ölkənin aqrar sığorta təşkilatları arasında əlaqələrin daha da genişlənməsi Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinovun Türkiyəyə səfəri zamanı müzakirə edilib.
Türkiyədə TARSİM Müşahidə Şurasının üzvü və təşkilatın baş direktoru Bekir Engürülü ilə görüşdə, TARSİM rəhbərliyinin oktyabrın əvvəlində Bakıya səfərinin nəticələri, eləcə də TARSİM-lə ASF arasında əlaqələrin genişlənməsi müzakirə olunub. Bundan başqa, görüşdə aqrar sığorta və son illər aktuallaşan fəlakət risklərinin idarə edilməsi üzrə Türkiyə və Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi imkanları barədə də fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]