AQTA fitosanitar müşahidələri davam etdirir
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin məqsədlə AQTA-nın fitosanitar müfəttişləri Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında, eyni zamanda, Gürcüstanla həmsərhəd ərazilərdə xüsusi təhlükəli zərərli orqanizm olan mərmər bağacığına (Halymorpha halys) qarşı monitorinq keçiriblər. Monitorinq zamanı mərmər bağacığı aşkar edilməyib.
Təsərrüfat sahiblərinə mərmər bağacığının inkişafı, yayılma yolları, zərərləri barədə ətraflı məlumat verilib, oxşar zərərvericilər aşkarlandıqda AQTA-nın regional bölməsinə müraciət etmələri tövsiyə olunub. Onlara həmin zərərli orqanizmlə bağlı agentlik tərəfindən hazırlanmış “Bitkilər üçün yeni təhlükə mənbəyi” bukletləri paylanılıb.
Sonda təsərrüfat sahiblərinin sualları cavablandırılıb.
Qeyd edək ki, növbəti monitorinqlərin mayda keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]