AQTA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.