AQTİ qida mühəndisi ixtisası üzrə işə qəbul elan edir
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida mühəndisi ixtisası üzrə peşəkar kadrları işə dəvət edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, işə qəbul olmaq istəyənlər qida mühəndisliyi ixtisası üzrə ali təhsilə, HACCP və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə bilik və bacarıqlara, eləcə də risk əsaslı yanaşmaya malik olmalıdırlar. Eyni zamanda onlar sanitar-texniki və sanitar gigiyena qaydalarını, qida sahəsini tənzimləyən yerli qanunvericiliyi və texniki-normativ aktları bilməli, müxtəlif qida məhsullarının istehsalat prosesləri haqqında məlumatlı olmalıdırlar.
İşə qəbul üçün müraciət edən namizədlərdən ən azı 3 il iş təcrübəsi, qida sahəsi üzrə beynəlxalq standartlar, həmçinin rus və ingilis dilləri üzrə bilikləri olanlara üstünlük veriləcək. Namizədlərin kompüter biliklərinin olması isə vacibdir.
Namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Qida mühəndisi" yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]