ARAZ ÇAYININ BƏHRƏMTƏPƏ QOLU BƏRPA EDİLİR
İmişli, 25 may (AZƏRTAC). Araz çayının Bəhrəmtəpə qəsəbəsindəki qolu bərpa edilir.
Operativ qərargahdan bildirmişlər ki, Araz çayının ənənəvi yataqlarının axtarıb tapılması istiqamətində işlər görülür. Belə qollardan biri də XIX əsrin sonu XX əsrin əvvəllərində mövcud olan Bəhrəmtəpə qoludur. Bu qolun yatağının qazılması istiqamətində tədbirlər davam etdirilir. Araz çayının Bəhrəmtəpə qəsəbəsindən başlayaraq respublikanın yeddi rayonunun ərazisindən keçərək Hirkan qoruğu yaxınlığında Xəzər dənizinə töküləcək bərpa edilən qolunun uzunluğu təxminən 130 kilometrdir. Proqnozlara görə, bu həftənin sonunadək bərpa olunmuş qol əsas yatağa birləşdiriləcəkdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirmişdir ki, yeni qol yaşayış məntəqələrindən, əhalinin sahibkarlıq subyektlərindən yan keçəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]