Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 48 santimetr artıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 115-135, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-180 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi saniyədə 100 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik baş verməyib. Hazırda məntəqədə su sərfi saniyədə 26 kubmetrdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 48 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 473, Salyanda 230, Bankədə 209, Novruzlu məntəqəsində isə 178 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]