Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi azalıb
Bakı, 8 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 8-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10, Qanıx çayının Əyriçay məntəqəsində isə 2 santimetr artım müşahidə olunub.
Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 20 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 316, Şirvanda 183, Salyanda 135, Bankədə 213, Novruzlu məntəqəsində isə 70 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]