ARAZ ÇAYININ TARİXİ QOLUNUN BƏRPASI İSTİQAMƏTİNDƏ İŞLƏR SÜRƏTLƏNDİRİLMİŞDİR
İmişli, 26 may (AZƏRTAC). Araz çayının tarixi qolunun bərpası istiqamətində işlər sürətləndirilmişdir. Tarixi qolun bərpası həm Araz çayında suyun səviyyəsinin azalmasına, həm də İmişli və Biləsuvar rayonlarının əkin sahələrinin suvarma suyu ilə tam təmin olunmasına xidmət edəcəkdir.
Hazırda baş qurğunun tikintisi başa çatmaq üzrədir və iki gün ərzində işlər yekunlaşacaqdır. Beləliklə, Araz çayının yeni 130 kilometrlik qolu Azərbaycanın 7 rayonunun ərazisindən keçərək Xəzər dənizinə qovuşacaqdır.
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirmişdir ki, təhlükəli vəziyyət olan bütün kəndlərdə bəndbərkitmə işləri sürətləndirilmişdir.
Layihədə nəzərdə tutulmuş işlərin artıq 90 faizi yerinə yetirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]