“ARAZ” MAHNI VƏ RƏQS ANSAMBLI TÜRKİYƏDƏN QAYITMIŞDIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının “Araz” mahnı və rəqs ansamblı Türkiyənin Anadolu Folklor Vəqfinin Qars şəhərində keçirdiyi 2-ci Qafqaz mədəniyyətləri festivalından qayıtmışdır. Rusiya, Norveç, Slovakiya, Estoniya və Gürcüstan musiqi kollektivləri də bu festivalda iştirak etmişlər.
Filarmoniyanın direktoru Elman Əliyev demişdir ki, ansambl festivalda mahnı, musiqi, xalq rəqsləri ilə yanaşı rəsmlər və əl işləri də nümayiş etdirmişdir.
Festivalda ansambl mükafata layiq görülmüşdür.
Anadolu Folklor Vəqfinin prezidenti Çingiz Vezinikiyə Naxçıvanın tarix və mədəniyyətindən bəhs edən kitablar hədiyyə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]