“Araz-Naxçıvan” klubu heyətini rusiyalı qapıçı ilə gücləndirib
Bakı, 19 aprel, AZƏRTAC
Futzal üzrə Azərbaycan Yüksək Liqasının lideri “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, baş məşqçi Joze Alesionun komandası Dmitri Bondarevlə anlaşıb. Rusiyalı qapıçı yeni komandasında mövsümün sonunadək çıxış edəcək.
1993-cü il təvəllüdlü D.Bondarev Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk” klubunda çıxış edib. Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib. Qapıçı "Baku Fire" klubu ilə oyunda debüt edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın əsas qapıçısı Rövşən Hüseynli martda Rusiyanın Super Liqasında iştirak edən “Torpedo” klubuna transfer olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]