ARDNF-nin neft-qaz gəlirləri 11 faizdən çox artıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri əvvəlki illə müqayisədə 11,5 faiz artaraq 8 milyard 740,6 milyon manat olub.
AZƏRTAC ARDNF-nin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 7 milyard 343,9 milyon manat (3,9 faiz artım), bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat, akrhesabı ödənişlərdən 4,9 milyon manat (1,4 dəfə artım), “Cənub Qaz Dəhlizi” QSC-nin dövlətə məxsus payın satışından daxilolmalarından 1 milyard 390,9 milyon manat gəlir əldə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:35]
Azərbaycan diri heyvan ixracını 34 dəfəyə yaxın artırıb – QRAFİK
- 28.10.2026 [16:17]
Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb
- 28.10.2026 [16:10]
Azərbaycan hotellərində 3,2 milyon gecələmə: Turizm gəlirləri nə qədər olub?
- 28.10.2026 [16:10]
“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
- 28.10.2026 [15:02]