ARDNŞ-İN EKOLOGİYA İDARƏSİNDƏ “QAYNAR XƏTT XİDMƏTİ” YARADILMIŞDIR
Bakı, 27 aprel (AZƏRTAC). İctimaiyyətin ekoloji məsələlərlə bağlı sorğularının çevik cavablandırılması, mümkün ekoloji qəza halları haqqında məlumatların alınması və aidiyyəti qurumlara operativ surətdə çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində “Qaynar xətt xidməti” yaradılmışdır.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, “Qaynar xətt xidməti”nə daxil olan sorğu və məlumatlar xüsusi kitabda qeydiyyatdan keçiriləcək və mahiyyəti üzrə cavablandırılacaqdır. Xidmət Ekologiya İdarəsinin Xarici əlaqələr şöbəsinin tərkibində fəaliyyət göstərəcəkdir.
“Qaynar xətt xidməti” ilə əlaqə saxlamaq istəyənlər (+994 12) 418-07-97 nömrəli telefona zəng edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]