Argentinada prezident seçkilərinin ikinci turu keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Bu gün Argentinada prezident seçkilərinin ikinci turu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq və 18:00-da bağlanacaq.
Prezident postuna uğrunda iqtisadiyyat, kənd təsərrüfatı və məhsuldar inkişaf naziri, hakim “Vətən üçün” Koalisiya İttifaqı tərəfindən irəli sürülən Serxio Massa və sağçı “Azadlıq gəlir” alyansının tərkib hissəsi olan Libertarian Partiyasına rəhbərlik edən deputat Xavyer Miley mübarizə aparır.
Son sorğularda prezidentlik yarışında aşkar lider müəyyən edilməyib - bəzi araşdırmalar Massanın, digərləri isə Mileyin üstün olduğunu göstərir.
Oktyabrın 22-də keçirilən seçkilərin birinci turunda iqtisadiyyat naziri 36,68 faiz, Libertarian Partiyasının rəhbəri isə 29,98 faiz səs toplamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]