Argentinalı cüdoçu: Bakıya uğurlu nəticə üçün gəlmişəm
Bakı, 15 fevral, AZƏRTAC
"Azərbaycanda olduğuma görə çox xoşbəxtəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında cüdo üzrə Argentina millisinin üzvü Kərim Adarvez Bakıda təşkil olunacaq "Böyük Dəbilqə" turniri ilə bağlı Azərbaycana səfəri barədə danışarkən deyib.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ölkəmizi çox sevdiyini bildirib: "Burada insanlar mehriban və qonaqpərvərdirlər. Bakıda olmaq əla hissdir. Şəhər özünəməxsus arxitekturası ilə seçilir".
27 yaşlı cüdoçu "Böyük Dəbilqə" turnirindəki şanslarını da dəyərləndirib: "Medal qazanmaq üçün əlimdən gələni etməyə çalışacağam. Buraya uğurlu nəticə üçün gəlmişəm. Özümə inanıram".
Qeyd edək ki, “Böyük dəbilqə” turniri fevralın 16-18-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]