Arkadi Dvorkoviç: FIDE dünya çempionatında dələduzluğa qarşı mübarizədə ciddi tədbirlər görüb
Bakı, 29 dekabr, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) dələduzluq probleminə maksimum diqqətlə yanaşaraq rapid və blits üzrə dünya çempionatında ciddi tədbirlər görüb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri təşkilatın prezidenti Arkadi Dvorkoviç bildirib.
Cümə axşamı rusiyalı Anastasiya Bodnaruk və norveçli Maqnus Karlsen rapid üzrə turnirin qalibi olublar.
“Burada fırıldaqçılığa qarşı mübarizə üzrə ciddi tədbirlər görülür. Bizdə bir neçə nəfər turnirdə işləyir, həmin insanlar bu funksiyadan ötrü xüsusi olaraq ayrılıb. Söhbət texniki nəzarətdən (çərçivələr, skanerlər vasitəsilə aparılan) və tur zamanı oyunçuları proqramlar vasitəsilə müşahidə edən analitik nəzarətdən gedir. Biz maksimum diqqətlə hərəkət edirik”, - deyə Dvorkoviç bildirib.
Blits üzrə dünya çempionatı dekabrın 30-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]