Arxeoloq alimin məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub
Bakı, 5 iyul, AZƏRTAC
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Ağalarzadənin “Azərbaycanın cənub-şərq bölgəsinin dağlıq hissəsinin İlk Tunc dövrü kurqanaltı dəfnləri” adlı məqaləsi SCOPUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri bazasına daxil olan “Qafqazın tarixi, arxeologiyası və etnoqrafiyası” jurnalının növbəti sayında dərc edilib.
İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məqalə Azərbaycanın cənub-şərq bölgəsində İlk Tunc dövrünə aid qazıntısı aparılmış kurqanların tədqiqini özündə əks etdirir. XX əsrin 60-cı illərində Telmankənd kurqanlarının qazıntısı zamanı dağətəyi bölgədə İlk Tunc dövrü dəfn yerlərinin tapılması dağlıq ərazidə də bu tip dəfnlərin mövcudluğu ehtimalını artırıb. Məqalə müəllifinin rəhbərliyi altında 2018-2020-ci illər ərzində Yardımlı rayonunun yüksək dağlıq ərazisində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən Komanı yaylağında kurqanların aşkarlanması ilə İlk Tunc dövründən başlayaraq yaylaq ərazilərin maldarçılıqla məşğul olan əhali tərəfindən mənimsənilməsi faktı ortaya çıxıb. Komanı yaylağında dörd kurqanın qazıntısı zamanı maraqlı dəfn adətləri izlənilib və müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]