“ASAN xidmət” Özbəkistanda dövlət xidmətləri mərkəzlərinin yaradılmasında əsas rol oynayıb
Bakı, 28 noyabr, AZƏRTAC
“ASAN xidmət”də əhali, sahibkarlar üçün çox innovativ xidmətlər təşkil edilib.
Bunu AZƏRTAC-a açıqlamasında Özbəkistanda Dövlət Xidmətləri Mərkəzləri üzrə koordinator Hayrullo Sabirov deyib.
Ölkəmizə səfər edən H.Sabirov bunun “ASAN xidmət”in fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi daşıdığını bildirib: "Bilirsiniz ki, Özbəkistanda da buna bənzər dövlət xidmətləri mərkəzləri yaradılıb. “ASAN xidmət” bizim ölkəmizdə də dövlət xidmətləri mərkəzlərinin yaradılmasında əsas rol oynayıb. Bu gün biz “ASAN xidmət”in ən innovativ həlləri ilə yaxından tanış olmaq üçün gəlmişik. Xeyli faydalı məlumatlar əldə edirik. “ASAN xidmət”in fəaliyyəti ilə tanışlıq zamanı biz gördük ki, əhali, sahibkarlar üçün çox innovativ xidmətlər təşkil edilib. “ASAN xidmət”in vətəndaşlara, xalqa xidmət etdiyinin şahidi olduq. Əhalinin də göstərilən xidmətdən çox məmnun qaldığını gördük".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]