ASFAT 20 Yanvarla bağlı xüsusi videoçarx hazırlayıb
İstanbul, 20 yanvar, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyinin Hərbi Fabrik və Gəmiqayırma Zavodunu İdarəetmə Səhmdar Cəmiyyəti (ASFAT) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı xüsusi videoçarx yayımlayıb.
AZƏRTAC xəbər verir ki, ASFAT-ın rəsmi “X” səhifəsində yayımlanan videoçarxda bu fikirlər yer alıb: “Qardaş Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini minnətdarlıq hissi ilə və ehtiramla anırıq”.
Qurumun Azərbaycan dilində edilən paylaşımında isə deyilir: “1990-cı il yanvarın 20-də Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı ehtiramla anırıq. Üçrəngli Bayrağınla məsud yaşa, Can Azərbaycan!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]