ASİYA İNKİŞAF BANKININ PREZİDENTİ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNDƏ SƏFƏRDƏDİR
Qazaxıstandan sonra Özbəkistana gələn T.Çino dövlət başçısı İslam Kərimov tərəfindən qəbul edilmişdir. Söhbət zamanı bildirilmişdir ki, Özbəkistan Asiya İnkişaf Bankı ilə nəqliyyat və şəhər infrastrukturu, kənd təsərrüfatı, təhsil, kiçik biznes və sahibkarlıq sahələrində əməkdaşlıq edir.
T.Çinonun Özbəkistana səfəri zamanı 2008-ci ilədək respublikaya 150 milyon ABŞ dolları həcmində kredit ayrılması haqqında saziş imzalanmışdır.
Özbəkistan Prezidentinin fərmanı ilə iqtisadi islahatlar proqramının həyata keçirilməsinə fəal köməyinə və regional əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə AİB-ın prezidenti Taqao Çino “Böyük xidmətlərinə görə” ordeni ilə təltif edilmişdir.
Mərkəzi Asiya ölkələrinə səfərini başa vurduqdan sonra T.Çino Azərbaycana gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [17:00]
Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
- 15.06.2026 [16:38]