Asiya kuboku: Qətər millisi Birləşmiş Ərəb Əmirlikləri yığmasını məğlub edərək finala yüksəlib
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da futbol üzrə Asiya kubokunun yarımfinal mərhələsinin sonuncu görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Mohammad Bin Zayed” stadionunda keçirilən görüşdə ev sahibi komanda Qətər millisi ilə üz-üzə gəlib. Qarşılaşma 4:0 hesabı ilə Qətər yığmasının xeyrinə başa çatıb.
Oyunda ilk qolun müəllifi 22-ci dəqiqədə Bualem Xouxi olub. Görüşün 37-ci dəqiqəsində Almoez Ali ikinci qolu meydan sahiblərinin qapısından keçirib. Matçın 81-ci dəqiqəsində Hassan Al Haidos ev sahiblərini üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Matçda son nöqtəni 90-cı dəqiqədə Hamid İsmail qoyub - 4:0.
Beləliklə, Qətər millisi Birləşmiş Ərəb Əmirlikləri yığmasını 4:0 hesabı ilə darmadağın edərək futbol üzrə Asiya kubokunun finalına yüksəlib. Qətərlilər finalda Yaponiya milli komandası ilə qarşılaşacaqlar. Final görüşü fevralın 1-də Bakı vaxtı ilə saat 18:00 da “Zayed Sport Siti” stadionunda keçiriləcək.
Xatırladaq ki, Yaponiya yığması yarımfinalda İran millisini 3:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]