Asiya Parlament Assambleyasının komitə iclasında müzakirə olunan 7 qərar layihəsi təsdiqlənib
Bakı, 22 fevral, AZƏRTAC
Asiya Parlament Assambleyasının qərar layihələri təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İqtisadi və davamlı inkişaf komitəsinin fevralın 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Beləliklə, müzakirələrdən sonra “Asiya enerji bazarının yaradılması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İqtisadi artım üçün səyləri təmin edən maliyyə işləri haqqında”, “Yoxsulluğun aradan qaldırılması haqqında”, “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu”, “Asiyada hamı üçün su və kanalizasiya haqqında” və “Asiya iqlimi maliyyə təşəbbüsü haqqında” qərar layihələri təkliflər əsasında dəyişikliklərlə qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]