Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-da ermənilərin növbəti yalanı və yaxud deputat Rafael Hüseynovun bəyanatına əlavə

Berlin, 1 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA)erməni nümayəndə heyəti bu yaxınlarda Strasburqda növbəti “qarşıdurma” yaratmağa çalışmış, tələsik şəkildə “Dağlıq Qarabağ Respublikasında demokratik dövlətin qurulması” adlı hüquqi cəhətdən savadsız yazılı bəyanat hazırlamışdır. Bəyanatın elə adının özü cəfəngiyatdır. Axı, əgər Avropanın bu hissəsində həqiqətən “demokratik dövlət” qurulmuşdusa, onun nümayəndələrinin AŞPA-da olmaması sənədin müəlliflərini niyə utandırmır? Təbii ki, bu, onların xəyalının məhsuludur və çünki Dağlıq Qarabağ adlı heç bir “dövlət”, özü də “demokratik dövlət” yoxdur!

Bəyanatı erməni deputatların özləri və Fransadan ermənipərəst əhval-ruhiyyəli iki-üç deputat imzalamışdır. AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu cızma-qaraya şübhə yeri qoymayan qiymət vermiş, düzgün olaraq qeyd etmişdir ki, bu bəyanat əhəmiyyətinə və hüquqi qüvvəsinə görə AŞPA-nın 2005-ci ildə qəbul etdiyi və onun rəsmi mövqeyini əks etdirən 1416 nömrəli qətnaməsinə heç yaxın da gəlmir. Azərbaycan deputatının dediklərinə nə isə əlavə etmək çətindir. Lakin bir faktı xatırlatmaq yerinə düşərdi.

Erməni nümayəndə heyətinin bəyanatında deyilir ki, Dağlıq Qarabağda 1991-ci ildə keçirilmiş bədnam “referendum” guya “bir sıra beynəlxalq müşahidəçilər” tərəfindən tanınmışdır. Bu, ağ yalandır! Bu qeyri-qanuni tədbir “beynəlxalq müşahidəçilər” tərəfindən necə tanına bilərdi ki, həmin gün onlar sadəcə olaraq orada yox idilər! Oyuncaq rejimin http://vvvvvv.nkr.am/ru/referendum/42/ saytında həmin gün Xankəndinə gəlmiş “müstəqil müşahidəçilər” adlandırılanların tam siyahısı verilmişdir.

Əgər siyahıdakı adlara nəzər yetirsək, asanlıqla görə bilərik ki, Sevastopoldan bir turistdən başqa onların demək olar hamısı Rusiya Federasiyasından gəlmişdi. Əgər nəzərə alsaq ki, həmin vaxt SSRİ hələ mövcud idi və ittifaq dövlətindən formal surətdə yalnız 3 Baltik respublikası ayrılmışdı, onda bu siyahıda bir nəfər də olsun xarici ölkə vətəndaşlarına rast gəlmək mümkün deyildir. Bu kiçik fakt olsa da, hər halda saxtakarlıqdır.

AŞPA haqqında mövzuya dair daha bir fikirlə bölüşmək istərdim. Məlum olduğu kimi, AŞPA həmin həftə deputat Qənirə Paşayevanın təşəbbüsü ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş və “soyqırımı” sözü yazılmış işçi sənəd (working document) kimi daha bir bəyanatı (Written Declaration No 469) qəbul etmişdir. Sənədin mətni AŞPA-nın rəsmi saytında verilmişdir:

http://assembly.coe.int/Documents/VvorkingDocs/Doc11/EDOC 12508.pdf

Ermənistan kütləvi informasiya vasitələri erməni nümayəndə heyəti tərəfindən yayılmış “Dağlıq Qarabağda demokratiya” barədə sənədi Xocalı haqqında bəyannamə ilə eyniləşdirməyə tələsmişlər. Düzü heç də aydın deyildir ki, erməni KİV-ləri bununla nə istəyirlər - Xocalı sənədinin əhəmiyyətini azaltmaq və yaxud əksinə, öz sənədlərinin əhəmiyyətini yüksəltmək? Bu iki işçi sənədin hüquqi bərabərliyi haqda mübahisə etməyəcəyik. Məlum olduğu kimi, Avropa Parlamenti 1987-ci il iyunun 18-də “erməni genosidini” pisləyən sənəd qəbul etmişdir. Həmin hadisə və qəbul olunmuş qətnamənin əhəmiyyəti indiyədək erməni və ermənipərəst KİV-lərdə geniş təbliğ olunur. Hətta iş o yerə çatıb ki, dərsliklərdə və monoqrafiyalarda bəzən iddia edilir ki, Avropa Parlamentinin qərarları bütün Aİ-yə aid olduğu üçün, bununla “erməni genosidi” “avtomatik surətdə” Avropa İttifaqının bütün ölkələrində tanınmışdır. Həqiqətdə Avropa Parlamentinin qərarları Avropa İttifaqına AŞPA-nın Avropa Şurasının üzvü olan ölkələrin siyasi xəritəsini müəyyənləşdirdiyi dərəcədə şamil edilir. Hərçənd ki, Avropa Şurasının üzvləri Aİ-nin üzvlərindən xeyli çoxdur. Əgər AŞPA-nın arxivinə “Xocalı soyqırımı” termini olan sənəd düşmüşdürsə, Azərbaycan tərəfi elə bu pafosla Avropa Şurasının bütün üzvləri tərəfindən Xocalı qətlamının soyqırımı kimi tanınması barədə bəyanat verə bilər.

Deyə bilərsiniz ki, deputatların heç də hamısı sənədə imza atmamışlar. Mübahisə etmirəm, doğrudan da deputatların hamısı bu sənədi imzalamamışdır. Lakin 1987-ci ildə də Avropa Parlamentində də qəbul olunmuş sənədin lehinə də deputatların heç də hamısı səs verməmişdir. AŞPA-nın 518 üzvündən 68-i “lehinə”, 60-ı ”əleyhinə” səs vermiş, 390 nəfər (!!!) isə ümumiyyətlə, bu mövzuda səsvermədə iştirakdan imtina etmişdir. Başqa sözlə desək, 1987-ci ilin qətnaməsi Avropa Parlamentinin cüzi sayda üzvlərinin (13 faiz) dəstəyini almışdır. Lakin bu sənədlə əlaqədar başlanmış təbliğat kampaniyası indiyədək sakitləşmir. Guya “Avropa Parlamenti ermənilərin soyqırımını tanımışdır”.

Deməli hesab etmək olar ki, Xocalı soyqırımını da tanımışdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO