Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-nın fəaliyyət tərzi olan ikili standartlar, riyakarlıq, qərəzkarlıq və ikiüzlülük

AŞPA-nın fəaliyyət tərzi olan ikili standartlar, riyakarlıq, qərəzkarlıq və ikiüzlülük

Bakı, 27 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı münasibətdə son ədalətsiz, beynəlxalq hüququn norma və prinsiplərinə zidd davranışları istər-istəməz yaxın tarixə, daha dəqiq desək, ölkəmizin bu quruma üzv qəbul olunduğu dövrə qısa ekskurs etmək zərurəti yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, Qərbi Azərbaycanlılar İcmasının Qadınlar Şurasının üzvü Afət Abbasova məlumat verib.

O qeyd edib ki, həmin dövrdə beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan öz haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün dayanıqlı və etibarlı platforma axtarışında idi. Belə bir həlledici məqamda, yəni 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunanda Azərbaycanın bu beynəlxalq qurumun 1988-ci ildə Ermənistanın hərbi təcavüzü nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının öz dədə-baba yurdlarına qayıtmaq kimi hüquqlarının bərpasında ölkəmizə kömək edəcəyinə, beləliklə də regionda davamlı sülhün əldə olunacağına səmimi bir ümidi, gözləntisi var idi.

“Lakin çox təəssüflər olsun ki, ötən 23 ildə xalqımızın və dövlətimizin bu gözləntiləri özünü doğrultmadı. Bütün bunlardan sonra bu gün ortaya haqlı sual çıxır: Necə oldu ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunduğu 2001-ci ildən 2020-ci ilin sentyabr ayına, yəni İkinci Qarabağ müharibəsi başlayanədək Ermənistanın davam edən hərbi təcavüzünün qarşısını almaq üçün heç bir əməli tədbir görməyən bu qurum birdən-birə təcavüzkarın, yəni 30 il Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistanın, artıq tarixin zibilxanasına atılmış Qarabağdakı separatçı rejimin müdafiəsinə qalxdı? Axı Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin yanvarın 24-də qurumun zalındakı bəyanatında deyildiyi kimi, 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA heç vaxt işğalçı dövlət olan Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Amma indi - təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəmizdən, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnmiş 2023-cü ilin 19 sentyabrında Qarabağda birgünlük lokal antiterror tədbirlərindən sonra xalqımız və dövlətimiz AŞPA və digər Avropa strukturları tərəfindən təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzə qalıb”, - deyə A.Abbasova bildirib.

Professor vurğulayıb ki, təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti Assambleyanın sessiyalarında erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən avropalı parlamentarilər daş atıb başlarını tuturdular ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar utanıb-qızarmadan, abır-həya etmədən bunun əksini deyirlər. Dünya erməni lobbisinin əlində alət olan AŞPA-nın bu üzdəniraq deputatları Azərbaycanı qaralamaq üçün heç bir fürsəti əldən vermir, həyasızcasına Azərbaycanı Qarabağın erməni əhalisinin “etnik təmizləməsində” və onların buradan zor gücünə qovulmasında ittiham edirlər. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan ermənilər Qarabağı könüllü surətdə tərk edən zaman bölgədə olmuş dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin müşahidə missiyası onların ərazisini öz istəkləri ilə, heç bir zorakılıq halları olmadan köçmələrini bəyan etmişdi.

“Yenə də ortaya haqlı sual çıxır: Bəs belə bir reallıq şəraitində AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməkdə məqsədi nədir? Əslində, səbəb heç də bu ideyanın “müəllifi”, Almaniyadan olan deputat Frank Şvabenin iddia etdiyi kimi, Azərbaycanın AŞPA müşahidəçilərini fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləməyə dəvət etməməsi və guya qurumun missiyasını Laçın nəzarət-buraxılış məntəqəsinə buraxmaması ilə bağlı deyil, tamamilə başqadır. Fikrimizcə, əsas səbəb Azərbaycanın son illərdə biri-birinin ardınca möhtəşəm qlobal və regional əhəmiyyətli uğurlar əldə etməsi, nəhəng layihələr reallaşdırmasıdır. Ən başlıcası isə dünyanın 5 güc mərkəzini birləşdirən BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun 30 ildə həll edə bilmədiyini 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın yerinə yetirməsidir. Azərbaycanın bir qərinədən artıq pozulmuş ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi 2020-ci ilin noyabrından indiyədək Qərbin, xüsusilə Fransanın, Almaniyanın, Avropa İttifaqının, onların ideoloji və qanunverici ruporu rolunu oynayan AŞPA-nın gözlərinə ox olub batmaqdadır. Birgünlük antiterror tədbirləri ilə Azərbaycan Qarabağdakı separatizm ocağını birdəfəlik söndürdü. Bax Fransa, Almaniya, AŞPA kimi ağa qara deyən üzdəniraq “demokratları” qəzəbləndirən budur! Əlbəttə ki, qəzəblərinin bir səbəbi də onların ötən ildən Laçın yoluna, ümumilikdə Qarabağa monitorinq qrupu göndərmək cəhdlərinin alınmaması, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq planlarının alt-üst olmasıdır”, - deyə o əlavə edib.

A.Abbasova bildirib ki, Azərbaycanın siyasi, iqtisadi, hərbi və digər sahələrdəki sürətli inkişafını həzm edə bilməyən üzdəniraq avropalı ermənipərəst “demokratlar” bu tərəqqinin qarşısını almaqda aciz olduqlarını artıq gizlədə bilmirlər. Bu səbəbdən də vaxtaşırı yalana, böhtana, saxtakarlığa, riyakarlığa, əsas sılahları olan ikili standartlar siyasətinə əl atırlar. Azərbaycan nümayəndə heyətinin AŞPA-nın zalında bəyanat verib Assambleyada fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmasını bildirdikdən sonra ölkəmizin təmsilçiliyinin məhdudlaşdırılması barədə bu qurumun qəbul etdiyi qətnamə “arxadan atılan daş” effekti təsiri bağışlayan uğursuz addımlardan biridir. Şübhəsiz, bu da heç bir fayda vermədi və verməyəcək də. Çünki qürurlu, müstəqil, suveren, demokratik və multikultural dövlət olan Azərbaycan Respublikası belə riyakarlıqlarla, qərəzli qətnamələrlə, təhdid və təzyiqlərlə çox qarşılaşıb və hamısından da qalib çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib