AŞPA-nın payız sessiyasının plenar iclasında Avropada islamofobiya məsələsi müzakirə olunacaq
Strasburq, 11 oktyabr, AZƏRTAC
Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, AŞPA-nın payız sessiyasının ikinci günü siyasi qrupların iclası ilə başlayıb. Payız sessiyasının plenar iclasında “Qərbi Balkanlar üçün Avropa perspektivini dəstəkləmək” mövzusunda məruzə dinlənilib.
İclasda İrlandiyanın Prezidenti Maykl Higgins parlamentarilər qarşısında çıxış edəcək və onların suallarını cavablandıracaq. Günün ikinci yarısı Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də parlamentarilərin suallarını cavablandırması ilə başlayacaq və sessiya isveçli parlamentarinin “Avropada islamofobiya və antimüsəlman irqçiliyi ilə bağlı maarifləndirmə və ona qarşı mübarizə” məruzəsi ilə işini davam etdirəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]