Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astana ilə Aktau arasında: Gecikən jurnalistin qeydləri

Astana ilə Aktau arasında: Gecikən jurnalistin qeydləri

Aktau, 8 fevral, AZƏRTAC

Yeni il qabağı adi bir gündə, ailə bayrama hazırlaşarkən mən mətbuatda Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı xəbər oxudum.

AZƏRTAC-ın Astanadakı xüsusi müxbiri kimi faciəvi hadisə ilə bağlı oxucularımızı operativ şəkildə məlumatlandırmaq zərurəti ilə bağlı üzərimə düşən məsuliyyəti dərk etdim. Təyyarə qəzasının işıqlandırılması ilə bağlı təlimat almaq üçün dərhal redaksiya ilə əlaqə saxladım. Cavab aydın idi: yalnız rəsmi informasiyaları ötürün və yoxlanılmamış məlumatlardan istifadə etməyin.

Əsas məqsədim Aktauya çatmaq idi, amma təəssüf ki, Yeni ilə qədər bütün biletlər satılıb qurtarmışdı. Astanadan Aktauya maşınla yol 36 saat çəkir. Yəni, mən nəqliyyat tapıb, yola düşüb oraya çatana qədər artıq gec olacaq. Elə həmin gün, ən geci o biri gün orada olmaq lazım idi. Bakıdan jurnalistlər daima suallarla zəng edirdilər, ümidsiz vəziyyətdə idim: Qazaxıstan nəhəng ölkədir, Fransadan beş dəfə böyükdür və Astanadan Aktauya qədər olan məsafə təxminən 3 min kilometrdir.

Təəssüf ki, hadisə yerinə vaxtında çata bilmədim və sonradan bunun mənası da qalmadı. Bu hadisə mənim yaddaşımda jurnalist karyeramdakı ciddi peşəkar səhv kimi qalıb.

Bir ay keçdi və məlum oldu ki, Aktauda qurbanların xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Qərara gəldim ki, indi mütləq bu şəhərə getməli və onu öz gözlərimlə görməliyəm.

Aktauya getməyə hazırlaşanda, əvvəlcədən oteldə nömrə bron etdim. Düşünürəm ki, bir çox insanın səyahət etməzdən əvvəl bənzər narahatlığı olur: bilet etibarsız olarsa və ya otel rezervasiya təsdiqi işləmirsə, onda siz qalmaq üçün təcili yer axtarmalısınız.

Astanada olarkən bu narahatedici fikirlər məni təqib edirdi. Bununla belə, səfər sakit və insidentsiz keçdi, baxmayaraq ki, bu yaxınlarda Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra uçuşdan əvvəl müəyyən narahatlıq qalmaqda idi. İlk dəfədir ki, Astanadan çıxmışam və Xəzərin şərqindəyəm.

Aktauda Andrey adlı taksi sürücüsü çox ünsiyyətcil idi və hava limanından şəhərə gedərkən yerli həyat şəraiti və tarix haqqında danışırdı.

Aktau şərti olaraq iki hissəyə bölünə bilər: sovet dövründə tikilmiş tarixi hissə və respublikanın müstəqilliyi dövrünə aid olan müasir binalar.

Aktau sakinlərini və bizi - Xəzərin o tayındakı azərbaycanlıları ümumi problem - Xəzərin dayazlaşması birləşdirir.

Evlərin divarlarında çoxlu şəkillər - divar rəsmləri görmək olar və köhnə tikililərin arxitekturası sovet dövründə Azərbaycan şəhərlərinin simasını çox xatırladır. Anladığım kimi, sovet dövründə bütün evlər eyni memarlıq üslubu ilə tikilib.

Şəhərdə çoxlu bahalı otellər və restoranlar var. Supermarketə girəndə şəhər sakinlərinin nə qədər çoxmillətli olduğunu gördüm.

Yeri gəlmişkən, buradakı iqlim Bakıya çox bənzəyir: şaxtalı Astanadan sonra məndə elə təəssürat yarandı ki, Azərbaycandayam.

Fevralın 7-də səhər tezdən, hamıdan əvvəl təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş tədbirin keçirilməli olduğu yerə çatdım. Çoxlu çıxışlar oldu və yadımdadır ki, bu faciə bizi, azərbaycanlıları və qazaxları daha da birləşdirdi.

Axşam saatlarında Aktauda hava çox soyuq olur. Mənə elə gəldi ki, bu səfər zamanı əsas missiyamı yerinə yetirməmişəm. Otelə qayıdıb ağır gündən sonra yuxuya getmək, yaxud haqqında material hazırlaya biləcəyim azərbaycanlıları axtarıb tapmaq seçimi vardı.

Soruşdum ki, şəhərdə azərbaycanlılara məxsus yer varmı? Dedilər ki, “Şəms” adlı restoran var. Hava soyuq idi, amma restoran qaldığım otelin yaxınlığında yerləşdiyindən oraya getməyə qərar verdim.

İçəriyə daxil olduğum an azərbaycanca danışıq səsləri eşitdim. Məni ikinci mərtəbəyə yönəltdilər, orada boş yerlər var idi. Tezliklə baş administrator, Elvin adlı gənc mənə yaxınlaşdı.

Qeyri-ixtiyari olaraq qonşu masada qonaqların söhbətinə qulaq asmağa başladım. Onlardan biri müxtəlif millətlərin nümayəndələri ilə qonşuluqda yaşadığı üçün bir neçə dildə - Azərbaycan və gürcü dillərində danışan atası haqqında danışmağa başladı.

Gec vaxta qədər oturdum və otelə çox yorğun halda qayıtdım.

Səhər mehmanxanadan çıxanda gördüm ki, kimsə zaldakı pianoda gözəl bir melodiya çalmağa başlayır. Artıq taksi otelin çıxışında məni gözləyirdi.

Məni hava limanına aparan taksi sürücüsü Erbolat da maraqlı həmsöhbət idi. Söhbət zamanı məlum oldu ki, onun qardaşı təyyarə qəzasında sağ qalan azərbaycanlıların köməyinə ilk gələnlərdən biri olub və sonradan mükafat alıb.

Hər dəfə sadə insanlarla ünsiyyətdə olanda dünyanın nə qədər kiçik olduğuna əmin oluram. Məlum olub ki, Erbolat əvvəllər Türkmənistanda yaşayıb, orada azərbaycanlı ailələr ilə qonşu olub. Onun ən yaxın uşaqlıq dostu Seyran adlı azərbaycanlı olub, lakin 2008-ci ildə ailəsi Aktauya köçüb.

Hava limanına gələndə, binanın seyrək olmasına təəccübləndim. Qəribədir, fikirləşirdim ki, adətən burada çoxlu adam və taksi sürücüləri olur, amma indi heç kim yoxdur. Məlumat masası uçuşumun dörd saat gecikdiyini bildirdi.

Gözləmə zalında oturub Yeni il ərəfəsində, adi bir gündə qəflətən diqqətimi çəkən Aktau şəhəri ilə bağlı təəssüratlarımı qələmə alıram. Faciədən dərhal sonra gedə bilmədiyim və təəssüf ki, acı hadisələrlə bağlı azərbaycanlıların yaddaşında uzun müddət qalacaq şəhər barəsində yazıram.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO