Astana səmasında naməlum obyektlər müşahidə edilib
Astana, 5 iyun, AZƏRTAC
Astana və bir neçə regionun sakinləri göydə sürətlə hərəkət edən bir neçə işıqlı obyekt müşahidə ediblər. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
AZƏRTAC "Qazinform"a istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi səmadakı naməlum obyektlər barədə bəyanat verib.
“Məlumatın yayılması ilə əlaqədar bildiririk ki, Qazaxıstan ərazisində hava məkanının pozulması faktı qeydə alınmayıb. Vəziyyət müvafiq xidmətlərin nəzarəti altındadır. Əhali üçün heç bir təhlükə yoxdur. Bu hadisə atmosferə daxil olan kosmik aparat qalıqları və ya meteorit axınına bənzəyir. Adətən onlar sıx atmosfer qatlarında yanaraq yer səthinə çatmırlar”, – deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Müdafiə Nazirliyi vətəndaşlara sakitliyi qorumağı və düzgün olmayan məlumatlar yaymamağı tövsiyə edir. “Səlahiyyətli orqanlar bu hadisəni araşdırır və müvafiq açıqlama verəcək”, – deyə məlumatda vurğulanır.
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]