ASTARA VƏ LERİK RAYONLARINDA TORPAQ SÜRÜŞMƏSİ BAŞ VERMİŞDİR
Astara, 29 aprel (AZƏRTAC). Cənub bölgəsinə yağan aramsız yağışlar nəticəsində Astara və Lerik rayonlarında torpaq sürüşməsi baş vermişdir.
Astara rayonun dağlıq ərazidə yerləşən Motlayataq kəndində 0,5 hektarlıq ərazi sürüşməyə məruz qalmışdır. Kənd sakini Eldar Salayevə məxsus ev tamamilə yararsız hala düşmüşdür. Xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alan olmamışdır. Ərazidə daha 12 evdə çatlar əmələ gəlmişdir.
Astara rayon fövqəladə hallar komissiyasının və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin mütəxəssisləri hadisə yerinə gələrək vəziyyətlə yaxından tanış olmuşlar. E.Salayevin ailəsi kənddə qohumlarının evinə köçürülmüşdür.
Hazırda təbii fəlakətin əhatə dairəsinin genişlənməsinin qarşısını almaq məqsədi ilə əlaqədar qurumlar müvafiq tədbirlər görürlər.
Torpaq sürüşməsinin davam etdiyini və həmin ərazidə yerləşən evlər üçün təhlükəni müəyyənləşdirmək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmişdir.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, rayonun Veri ərazindəki Qələbin kəndində də torpaq sürüşməsi baş vermişdir. Kəndin meşə massivinə gedən yolun bir hissəsi bağlanmışdır.
Rayon fövqəladə hallar komissiyası əraziyə ağır maşın-mexanizmləri cəlb etmiş, ərazi torpaqdan təmizlənmiş və yol gediş-gəliş üçün yararlı hala salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]