Astarada 60 yaşlı qadını ağır tonnajlı yük avtomobili vurub
Astara, 19 fevral, AZƏRTAC
Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 11.10.2026 [21:08]