Astarada gənclər üçün turizm sahəsində məlumatlandırma sessiyası keçirilmişdir
Astara, 11 aprel (AZƏRTAC, Bağır Əliyev). Aprelin 11-də Astara Rayon Mərkəzi Kitabxanasında “Şəfəq” Ekoturizm İctimai Birliyinin (İB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “Region gənclərinin turizm sahəsində bacarıqlarının artırılmasına dəstək” layihəsi çərçivəsində məlumatlandırma sessiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, sessiyada “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, rayon icra hakimiyyətinin baş məsləhətçisi Mirzə Bayramov, İB-nin departament rəhbəri Almara Abbaslı, rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşı Əfqan Şəfiyev, gənclər və idman idarəsinin rəis müavini İqrar Cəfərov, rayon mərkəzi kitabxanasının direktoru Nazim Fərəməzov mövzu ilə bağlı çıxış etmiş, layihəyə dair rəy və təkliflərini bildirmişlər.
Məlumatlandırma sessiyasında fərqlənən və ərizələr əsasında seçim yolu ilə müəyyən ediləcək 17-35 yaş arasında olan gənclər mayın 16-dan 19-dək Masallı rayonunda keçiriləcək “Bələdçi xidməti sahəsində peşəkar gənclərin hazırlığı” təlim-təcrübə proqramında iştirak edəcəklər.
Tədbirin sonunda sessiya iştirakçılarına layihə ilə bağlı hazırlanmış bukletlər paylanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]