Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb
Astara, 9 fevral, İlkin Adıyev, AZƏRTAC
Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Avsəl Ocaqovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]