Astarada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Regional Ekologiya İdarəsinin əməkdaşları avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə birgə tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb, nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]